Rusiya - Xorvatiya qarşılaşması: xorvatlar penaltilərlə rusları devirərək, yarımfinala çıxdı

img

08-07-2018 [00:50]


Bu gün DÇ-2018-in 1/4 finalında ev sahibi Rusiya ilə Xorvatiya milliləri üz-üzə gəliblər.

Mia.az bildirir ki, oyunun 31-ci dəqiqəsində Çereşev Rusiyanı önə çıxaran qola imza atıb.

O, uzaq məsafədən mükəmməl zərbə ilə xorvatların qapıçısı Subaşiçi "ovlayıb" - 1-0.

40-cı dəqiqədə Kramariç hesabı bərabərləşdirir - 1:1

Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib.

Xorvatiyalı fitbolçular bu dəqiqələrdə ruslara təzyiqi artırıblar. Lakin hesab dəyişməyib və hakim oyuna 30 dəqiqə əlavə edib.

100-ci dəqiqədə xorvatlar "Beşiktaş"lı Vidalın başla vurduğu qolla önə çıxıblar - 1-2

111-ci dəqiqədə Rusiya milliləri iki əlverişli fürsəti qola çevirə bilməyiblər. Xorvatların qapıçısı Subaşiç gözəl oyunu ilə iki qola imkan verməyib.

115-ci dəqiqədə isə Rusiyanın brazilyalı oyunçusu Fernandes cərimə zərbəsindən ötürülən topu başla qola çevirib - 2-2.

120-ci dəqiqə də hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.

İlk penaltini ruslar atıb:

  1. Rusiyalı Smolov - vura bilmir, qapıçı Subaşiç qaytarıb.
  1. Xorvatiyalı Borozoviç - 0:1.
  1. Rusiyalı Zaqoyev - 1:1
  1. Xorvatiyalı Kovaçin qolunu isə Akenfeyev qaytarıb .
  1. Rusiyalı Fernandes topu bayıra atıb.
  1. Modriç - 1:2
  1. İqnaşeviç - 2:2
  1. Vidal - 2:3
  1. Kuzayev - 3:3
  1. Rakitiç - 3:4

Və beləliklə, penaltilərlə 4-3 qlaib gələn Xorvatiya yarımfinala vəsiqə qazanıb. Yarımfinalda xorvatların rəqibi  İngiltərə millisi olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA