İranda sürpriz qərar - İran-İspaniya matçına görə kafelər və restoranlar bağlanacaq

img

20-06-2018 [20:11]


İranın Məşhəd şəhərində İran-İspaniya matçı zamanı fəaliyyət göstərən bütün kafe və restoranlar bağlı olacaq. 

Bu barədə Məşhəd Şəhər Polis İdarəsi məlumat yayıb.

Buna səbəb görüşün ictimai yerlərdə baxılmasının qarşısını almaqdır. Şəhərdəki obyektlər qarşılaşmanın başlanmasına yarım saat qalmış bağlanacaq.

Dünya çempionatının B qrupunun ilk matçında İran yığmasının Mərakeşi 1:0 hesabı ilə məğlub etdiyi görüş Məşhəddəki kafe və restoranlarda izlənilib və azarkeşlərin sevinc anları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İran-İspaniya matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA