Rusiya Misiri məğlub etdi, növbəti mərhələyə çıxdı - Məhəmməd Salahın qolu kara gəlmədi

img

19-06-2018 [23:54]


Bu gün Dünya Çempionatının A qrupunda 2-ci tura start verilib.

Mia.az xəbər verir ki, Rusiya milliləri  Misir yığması ilə qarşılaşıb.

Oyunun 47-ci dəqiqəsində avtoqol nəticəsində Rusiya hesabı açıb. Belə ki, rus futbolçunun vurduğu top Əhməd Fəthiyə toxunaraq qapıya daxil olub - 1:0

59-cu dəqiqədə isə Çerişev Rusiyanın 2-ci qolunu vurub- 2:0.

Bu qoldan 3 dəqiqə sonra Zuba Rusiya millisina 3-cu topunu Misirin qapısından keçirib - 3:0.

Misir yığması isə bu qollardan yalnız birinin əvəzini çıxıb. Belə ki, 72-ci dəqiqədə Məhəmməd Salah penaltidən  fərqi azaldıb -  3:1

Bu qələbə sayəsində xalını 6-ya çatdıran Rusiya növbəti tura vəsiqəni təmin edib.

Qeyd edək ki, ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdi. Ulduz futbolçu Məhəmməd Salahın çıxış etdiyi Misir yığması isə Uruqvaya 0:1 hesabı ilə uduzmuşdu.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA