General Bakıdakı at yarışında - Fotolar

img

09-06-2018 [14:06]


Bakıda Çövkən Milli Atüstü Oyunu üzrə "100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Turnirdə ümumilikdə 8 komanda iştirak edib. 3-cü yer uğrunda matçda "Polad” və "Buta Qolden” komandaları üz-üzə gəlib. Qarşılaşma "Polad” komandasının 2:1 üstünlüyü ilə yekunlaşıb.

Final görüşündə isə "Sərhədçi” "Omar”la qarşılaşıb. Açıq-aşkar üstün olan "Sərhədçi” komandası qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub.

Həlledici oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev təqdim edib.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA