AFFA-da iclas - Lisenziyalar təqdim olundu

img

08-06-2018 [15:00]


Bu gün AFFA-nın inzibati binasında görüş keçirilib. 

Mia.az xəbər verir ki, görüşdə 2018-2019-cu il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri iştirak ediblər.

Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA