Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

img

05-06-2018 [13:19]


Azərbaycan Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərova yeni vəzifə verilib. 

Mia.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı ilə fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA