"Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri müəyyənləşib - SİYAHI

img

28-05-2018 [13:26]


"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 

Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. 

"Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:

"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi. 

İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək. 

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a "Alaşkert" istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA