“Belə şərtlərlə işləyə bilmərəm..." - Samir Abasov istefa verdi

img

20-05-2018 [21:26]


"Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.

Qol.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis bu qərarını "Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu, komandada sonuncu oyunu olub:

"Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt” sanki reabilitasiya mərkəzidir”.

Xatırladaq ki, bu məğlubiyyətdən sonra "Sumqayıt” Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA