“Qəbələ” Avropa Liqasında çıxış edəcək - Azərbaycan çempionatı

img

06-05-2018 [00:25]


"Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.

Bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən "Qəbələ” – "Keşlə” matçından sonra müəyyənləşib.

Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl "Sumqayıt” büdrədiyindən, "Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, "qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.

Bu gün "Neftçi” "Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman "Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA