“Beşiktaş”a texniki məğlubiyyət verildi - "Fənərbaxça" finalda

img

05-05-2018 [13:45]


Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi "Fənərbaxça” ilə oyuna çıxmayan "Beşiktaş” futbol klubuna 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.

Komitənin qərarına əsasən, gələn il "Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.

Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdilməsi barədə qərar qəbul etmişdi/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA