Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı - Səbəb

img

04-05-2018 [17:15]


"Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov vəzifəsindən ayrılıb.

Mia.az kluba istinadən xəbər verir ki, Azərbaycanın U-20 və U-21 yığmalarının da baş məşqçisi, eyni zamanda "Qarabağ”ın kapitanı olan Sadıqov işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. 

"Qarabağ”ın U-19 komandamızın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, "Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medal qazanıb, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan təmsilçisi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA