“Qarabağ” qələbə qazandı - Ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu

img

23-04-2018 [01:00]


"Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

"Report”un məlumatına görə, Ağdam təmsilçisi buna XXIV turda "Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.

Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da "Qarabağ” mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ” üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Eyni saatda start götürən "Neftçi” – "Qəbələ” görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar” xallarını 37-yə çatdırıblar və "Zirə”ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İlk oyun günündə "Keşlə” "Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş "Səbail” – "Kəpəz” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA