Bu əşyaları əraziyə gətirmək olmaz! - DİN-dən Formula-1-lə bağlı xəbərdarlıq

img

18-04-2018 [16:23]


Aprelin 27-dən 29-dək paytaxtımız artıq üçüncü dəfə "Formula-1 Azərbaycan Qran Pri” yarışına ev sahibliyi edəcək. Adətən belə tədbirlərdə təhlükəsizliyin təmini məqsədi ilə müəyyən əşyaların tamaşaçılar tərəfindən yarışlar keçirilən əraziyə gətirilməsi yasaqlanır.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Lent.az-a bildirib ki, yarışlar keçiriləcək əraziyə aşağıdakı əşyaların keçirilməsinə imkan verilməyəcək:

"Tədbirin keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təxribat xarakterli, dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, yaralanma, məkana ziyan və ictimai narahatçılıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA