Qurban Qurbanovun oğlu kapitanı təyin olundu

img

13-04-2018 [19:27]


Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 16 yaşadək futbolçulardan ibarət yığmanın kapitanı təyin olunub.

"Report” xəbər verir ki, "Qarabağ”da çıxış edən forvard Azərbaycan millisinin Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində Xorvatiya kollektivi ilə görüşündə kapitan sarğısı ilə meydana çıxıb. Bu, Q.Qurbanovun 46 yaşının tamam olduğu günə təsadüf edib.

Matç xorvatiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azər Məmmədovun baş məşqçisi olduğu komanda ilk görüşdə Makedoniya yığmasına 2 cavabsız qolla uduzub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA