“Roma”dan inanılmaz qələbə: 4-1 qalib gəlmiş “Barselona”nı yarıyolda buraxdı, "Liverpul" isə yenə rəqibə aman vermədi

img

11-04-2018 [00:44]


Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla yarımfinalın iki iştirakçısı müəyyənləşib.

"Roma” öz meydanında "Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, "Roma" inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.

Digər oyunda isə "Mançester Siti” "Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası cavab matçına erkən qolla başlasa da, "Liverpul" ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

Qeyd edək ki, ÇL-da "Qarabağ"la eyni qrupda mübarizə aparan "Roma" ilk yeri tutaraq növbəti mərhələyə yüksəlmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA