Türkiyə Super Liqasında daha bir məşqçi vəzifədən getdi - Köməkçiləri də qovuldu

img

10-04-2018 [14:25]


Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Bursaspor" klubunun baş məşqçisi Pol Le Quen istefaya göndərilib.

Klubun rəsmi saytında verilən məlumata görə, fransalı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub. Le Quen "timsahlar"ın rəhbərliyinin qarşılıqlı razılıqla yolların ayrılmasına dair təklifini rədd etdiyi üçün müqavilədəki "birtərəfli pozulma" maddəsindən yararlanıb. Nəticədə 54 yaşlı baş məşqçi köməkçiləri ilə birgə qovulub.

Son 6 turda komandaya Mustafa Er rəhbərlik edəcək. Onun köməkçisi isə argentinalı futbolçu Pablo Batalya olacaq.

Qeyd edək ki, "Bursaspor" Pol Le Quenin rəhbərliyi altında Super Liqada 28, Türkiyə Kubokunda 6 oyuna çıxıb. 13 görüşdən qalıb ayrılan "ağ-yaşıllar" 14 dəfə uduzub. Hazırda "timsahlar" çempionatda 33 xalla 13-cü pillədə qərarlaşıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA