"Qızıl buts" uğrunda kimlər mübarizə aparır? - SİYAHI

img

08-04-2018 [11:04]


 İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda "Leqanes"in qapısına vurduğu 3 qoldan sonra (3:1) "Qızıl buts" uğrunda mübarizədə "Liverpul"un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.

"Report” xəbər verir ki, indi argentinalı və misirli hər il UEFA-ya daxil olan ölkələrin milli çempionatlarında ən yaxşı bombardirə verilən mükafat uğrunda mübarizədə birinci yeri bölüşür:

1. Məhəmməd Salah ("Liverpul") — 29 qol, 58 xal

2. Lionel Messi ("Barselona") — 29 qol, 58 xal

3. Robert Levandovski ("Bavariya") – 26 qol, 52 xal

4. Çiro İmmobile ("Laüio") – 26 qol, 52 xal

5. Jonas ("Benfika") – 33 qol, 49,5 xal

6. Edinson Kavani (PSJ) — 24 qol, 48 xal

7. Harri Keyn ("Tottenhem Hotspur") – 24 qol, 48 xal

8. Mauro İkardi ("İnter") – 24 qol, 48 xal

9. Kriştianu Ronaldu ("Real") – 22 qol, 44 xal

10. Luis Suares ("Barselona") – 22 qol, 44 xal

2017-ci ildə mükafatın sahibi Messi olub. O, 2016/17-ci illər mövsümündə 37 dəfə fərqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA