"“Qarabağ”la matçları xatırlasaq, gücümüzə bir daha əmin olarıq" - “Roma”nın prezidenti

img

30-03-2018 [16:25]


"Bərabərliyə sevinməyəcəm. Çünki "Roma”nın bütün komandalarla oynayacaq gücdə olduğunu düşünürəm. Biz "Çelsi”, "Atletiko” və "Şaxtyor”la matçlarda bunu sübut etdik”. 

Apasport.az saytının məlumatına görə, bunu "Roma”nın prezidenti Ceyms Pallotta deyib.

 O, Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində komandasının "Barselona” önündəki şanslarını dəyərləndirib. Maraqlıdı ki, Pallotta bu cütlükdə İspaniya klubunu favorit hesab etmir.

 "Canavarlar”ın prezidenti yerli mətbuata açıqlaması zamanı ÇL-in qrup mərhələsində "Qarabağ”la keçirilən qarşılaşmaları da xatırlayıb: "Çempionlar Liqasında ən çətin qrupdan birinci pillədə çıxdıq. "Çelsi”, "Atletiko” və "Qarabağ”la matçları xatırlasaq, gücümüzə bir daha əmin olarıq. "Barselona” ilə başabaş mübarizə aparacağımıza da əminəm. Əlbəttə ki, rəqib inanılmaz komandadı və möhtəşəm istedada malik yeganə oyunçuları Lionel Messi deyil. Çempionlar Liqasına vəsiqə əldə etmək baxımından mövsümün sonuna qədər hər matç bizim üçün önəmlidi. Bu üzdən istəmirəm ki, yalnız "Barselona” ilə görüşləri səbirsizliklə gözləyək. "Barselona” ilə sadəcə, 90 dəqiqə mübarizə aparmaq və rəqibin səhvlərimizdən yararlanmasına imkan verməmək lazımdı. Bütün diqqətimizi indidən Çempionlar Liqasına yönəldib, "Boloniya” ilə həftəsonu keçirəcəyimiz çempionat matçını da unutmamalıyıq”.

Qeyd edək ki, "Roma” qrup mərhələsində "Qarabağ”la keçirdiyi görüşlərdə 2:1, 1:0 hesabı ilə məğlub etmişdi. İtaliya klubu 1/4 finalda "Barselona” ilə ilk oyununu aprelin 4-də səfərdə keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA