Qurbanov “Qarabağ”ın futbolçusunu millidən qovdu

img

24-03-2018 [14:39]


Elvin Yunuszadə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Mia.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb "Qarabağ"ın müdafiəçisinin nizam-intizam qaydalarını pozmasıdır. İyirmi səkkiz yaşlı futbolçu Makedoniya yığmasıyla Antalyaya yoldaşlıq görüşünə aparılmayacaq.

Xatırladaq ki, millimizin baş məşqçisi Qurban Qurbanov Yunuszadə ilə Araz Abdullayevin adlarını Belarusla matçda iştirak ərizəsinə salmayıb. Buna səbəb onların oteldə yatıb qalaraq Qurbanovun oyunöncəsi iclasına gecikmələri ilə bağlı verilən cəza olub. Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında həmin futbolçulardan birinin Türkiyəyə aparılmayacağını istisna etməmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA