Rövnəq Abdullayev bu şəxslərə təqaüd ayırdı - Federasiyadan yeni qərarlar

img

07-03-2018 [16:00]


Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AFFA-dan Mia.az-a verilən məlumata görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub. 

R.Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu "Bu, mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:

1. Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.

2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

Xüsusi təqaüd:

Müzəffər Qasımov

Gündüz Cəfərov

Təqaüd:

Vaqif Davudov

Nadir Qasımov

İsmayıl Hüseynov

Ağarza Rzayev

3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunsun.

4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.

İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA