İtaliya yığmasının müdafiəçisi oteldə ölü tapıldı -Oyunlar təxirə salındı

img

04-03-2018 [17:15]


 Futbol üzrə İtaliya yığmasının və "Fiorentina" klubunun müdafiəçisi Davide Astori bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb.

"Report” xəbər verir ki, bu barədə "bənövşəyilər"in rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı futbolçu yuxudan ayılmayıb. Onun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

Bu hadisədən sonra İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.

Qeyd edək ki, bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA