"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub

img

06-04-2026 [09:29]


İtaliya A Seriyasında ötən axşam lider "İnter" doğma meydanında "Roma"nı qəbul edib.

Mia.az xəbər verir ki, oyunda bol ql olub.

Belə ki, "İnter" rəqibini  5-2 hesabı ilə məğlub edib.

"İnter"ə möhtəşəm qələbə qazandıran qolları 1-ci və 52-ci dəqiqələrdə Lautaro Martinez, 45+2-ci dəqiqədə Hakan Çalhanoğlu, 55-ci dəqiqədə Markus Thuram və 63-cü dəqiqədə Nikolo Barella atıb.

"Roma"nın qollarına isə  40-cı dəqiqədə Canluka Mançini, 70-ci dəqiqədə Lorenzo Pelleqrini imza atıb.

Onu da qeyd edək ki, oyunda forma geyinən Türkiyə yığmasının oyunçuları Hakan Çalhanoğlu "İnter"də 67 dəqiqə, Zeki Çelik isə "Roma"da 90 dəqiqə meydanda tər töküb.

Bu qələbədən sonra "İnter" 72 xalla yerini möhkəmlədib, "Roma" isə 54 xalla qalıb.

Fərid ASLAN

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA