Mülki və inzibati işlər tam elektronlaşdırılacaq

img

20-02-2026 [12:37]


Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq.

Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.

S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var:

"On ildən artıqdır elektron məhkəmə sistemində yeniliklər aparılsa da, müəyyən işlər hələ də qalır. Bu gün ən çətin mərhələ inzibati və mülki işlər üzrə tam elektronlaşdırılmaya keçidlə bağlıdır".

Şura üzvü eyni zamanda qeyd edib ki, elektron məhkəmə sistemi çərçivəsinə kağız sisteminin də tam dayandırılması nəzərdə tutulur.

"Tam elektron keçid qarşıda perspektivlər vəd edir. Bu, ilk növbədə, məhkəmə iclaslarının onlayn formada keçirilməsinə imkan verəcək. Vətəndaşların müxtəlif bölgələrdən məhkəməyə gəlməsinin qarşısını alacaq. Bu həm də hakimlərin iş yükünün azaldılmasına xidmət edəcək. Həmçinin tam elektron bazaya keçid zamanı datanın formalaşması süni intellektin tətbiqinə də şərait yaradacaq"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA