Kralı Çarlzın qardaşı azadlığa buraxıldı - Zorlamada ittiham olunurdu

img

20-02-2026 [09:21]


Dövlətin imkanlarını şəxsi mənafeyi üçün sui-istifadədə və ABŞ-da həbsdə ölən milyarder  Epşteyn işi üzrə yaylan sənədlərdə adı zorlamada hallanan İngiltərə Kralı Çarlzın qardaşı Şahzadə Endryu artıq azadlığa buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün səhər saxlanıldıqdan sonra ona məxsus  Berkşir və Norfolkdakı bir neçə ünvanda axtarış aparıb: "Axşam saatlarında isə Şahzadə sərbəst buraxılıb"

Yeri gəlmişkən, Kral polisə əməliyyatla bağlı təşəkkür və dəstəyini ifadə edib.

Bütün ittihamları qəti şəkildə rədd edən Endryu isə günahsız olduğunu deyir.

Qed edək ki, "Epşteyn işi" üzrə istintaq sənədlərində keçən il intihar edən Virciniya Cuffrenin 17 yaşındaikən Epşteyn və onun sevgilisi Ghislaine Maksvell tərəfindən Şahzadə Endryu ilə cinsi əlaqəyə məcbur edildiyi yazılıb.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA