Bakı-Laçın müntəzəm avtobus reysi açılır
19-02-2026 [12:45]
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda sərnişinlər Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysi artıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri təyin ediləcək.
Bakı-Şuşa müntəzəm avtobus reysi, hazırda olduğu kimi, gündə 2 dəfə həyata keçiriləcək. Belə ki, reys üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya saat 07:00 və 11:00, əks istiqamətdə isə 17:00-da və növbəti gün saat 09:00-da yola düşəcək. Məlumat üçün bildirək ki, reyslər üzrə avtobusların Şuşa şəhərindən və digər aralıq məntəqələrdən çıxış vaxtlarında dəyişiklik edilməyib.
Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Domenico Tedesco: "Bu gün heç bir şansımız yox idi"
Avropa Liqası: "Fənərbağça" öz evində məğlub oldu
İstanbulda məşhur aktyorlara narkotik ittihamı: kimlər buraxıldı?
"Barselona" Markus Turama "elçi" düşüb - 80 milyon avro...
Aqşin Fatehin restoranı bağlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
5 ölkə Qəzzaya qoşun göndərəcək - Aralarınsda Qazaxıstan da var
"Azırbaycan Qəzzaya pul ayırmayıb" - Hikmət Hacıyev
Hakan Fidan Trampa belə dedi: "Hərbiçilər göndərməyə hazırıq"
Mansur Yavaş prezidentliyə ortaq namizəd olacaq? - "Haram tikə boğazımdan keçməyib"
"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub - FOTOLAR
Konqodo qorxunc virus yayılır - Qəfil başağrısı və...
Tramp liderlərin qarşısında İrana 10 gün vaxt qoydu: "Bu müddətdə vəziyyət aydınlaşacaq, ya anlaşacaqlar, ya da..."
Ramazanın ikinci günü: imsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib
"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır
Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir
Xəzər dənizində zəlzələ olub
Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"
Kollegiyada iclas: daha iki vəkil cəzalandırıldı
MƏHKƏMƏ RUSLAN EYYUBOV BARƏDƏ YENİ QƏRAR VERDİ
"Liverpul" Maykl Oliseyə elçi düşüb
Tələbə necə direktor təyin edilib? - Agentliyin əmri sual yaradır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə Super Liqası: 23-cü həftə matçlarının saatları müəyyən olub
Okan Buruk "Konyaspor" matçının heyətini müəyyənləşdirir
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Cavanşir Həsənov Balakəndə dəfn olunub
U-20 millimizə yeni baş məşqçi təyin olunacaq
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib - FOTOLAR
Bakıda əməliyyat: iki nəfər saxlanıldı
Şəhid Nail Dənziyev dəfn edilib
Yeni sədr keçmiş müavinə vəzifə verdi - AAYDA-da yüksək posta ilk təyinat oldu (FOTO)
Köməkçi deputatın onu döydürmədiyini deyir
Nazir onlara yüksək vəzifə verdi - SİYAHI
Daha bir gömrükçü qandallanıb - Qaçaqmalçılğa görə
Şəhid Azad Cəlilov dəfn edilib
Şəhid Mahir Quliyev dəfn edilib