Pensiya məbləği necə hesablanır?
19-02-2026 [10:46]
Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur.
Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır.
Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır?
Mia.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi müəyyən edilir. Yəni, toplanmış pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur. Burada 144 ədədi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
Pensiyanın təyin olunması üçün ilk növbədə şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır. İl tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır. Göstərici sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
Məsələn, 2006-cı il tarixinədək 20 il 6 ay ümumi iş stajı olan şəxsin həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (20,5x 306 manat) 6273 manat olaraq hesablanır. Bu göstərici qanunvericiliyə uyğun olaraq ötən müddət üzrə indeksləşdirilərək artırılır. Şəxsin 2006-cı il yanvarın 1-dən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda bu məbləğ də həmin göstəriciyə əlavə edilir. Nəticədə cəmi pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur.
Qeyd edək ki, 2019-2025-ci illərdə şəxsə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək 25 il staj hesablanırdı. 2026-cı ildən etibarən isə hər il üçün bir il azaldılmaqla hesablanır. Yəni, 2026-cı ildə hesablanan staj 24 il, 2027-ci ildə 23 il olması nəzərdə tutulub.
Sözügedən şərtlə stajın hesablanması pensiya kapitalı ilə yanaşı, stajı da pensiyaya çıxmağa imkan verməyənlər üçün pensiya hüququ yaradır. Belə ki, qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxsin bu hüququndan yararlanması üçün minimum pensiya kapitalı (hazırda 46 080 manatdır) olmadığı halda, 25 il staj tələb olunur. Şəxsin faktiki stajı bu göstəricidən çox olduqda isə onun arzusuna əsasən, pensiya təyin edilərkən faktiki staj nəzərə alınır.
Keçmiş hakimlərin pensiya məbləğinə gəlincə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əmək pensiyasına əlavə təyin edilir. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərin isə maksimum pensiya məbləği (əlavə ilə birgə) onların bu vəzifədə aldıqları orta aylıq əməhaqqının 80 faizi qədər müəyyən olunur.
Domenico Tedesco: "Bu gün heç bir şansımız yox idi"
Avropa Liqası: "Fənərbağça" öz evində məğlub oldu
İstanbulda məşhur aktyorlara narkotik ittihamı: kimlər buraxıldı?
"Barselona" Markus Turama "elçi" düşüb - 80 milyon avro...
Aqşin Fatehin restoranı bağlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
5 ölkə Qəzzaya qoşun göndərəcək - Aralarınsda Qazaxıstan da var
"Azırbaycan Qəzzaya pul ayırmayıb" - Hikmət Hacıyev
Hakan Fidan Trampa belə dedi: "Hərbiçilər göndərməyə hazırıq"
Mansur Yavaş prezidentliyə ortaq namizəd olacaq? - "Haram tikə boğazımdan keçməyib"
"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub - FOTOLAR
Konqodo qorxunc virus yayılır - Qəfil başağrısı və...
Tramp liderlərin qarşısında İrana 10 gün vaxt qoydu: "Bu müddətdə vəziyyət aydınlaşacaq, ya anlaşacaqlar, ya da..."
Ramazanın ikinci günü: imsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib
"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır
Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir
Xəzər dənizində zəlzələ olub
Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"
Kollegiyada iclas: daha iki vəkil cəzalandırıldı
MƏHKƏMƏ RUSLAN EYYUBOV BARƏDƏ YENİ QƏRAR VERDİ
"Liverpul" Maykl Oliseyə elçi düşüb
Tələbə necə direktor təyin edilib? - Agentliyin əmri sual yaradır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə Super Liqası: 23-cü həftə matçlarının saatları müəyyən olub
Okan Buruk "Konyaspor" matçının heyətini müəyyənləşdirir
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Cavanşir Həsənov Balakəndə dəfn olunub
U-20 millimizə yeni baş məşqçi təyin olunacaq
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib - FOTOLAR
Bakıda əməliyyat: iki nəfər saxlanıldı
Şəhid Nail Dənziyev dəfn edilib
Yeni sədr keçmiş müavinə vəzifə verdi - AAYDA-da yüksək posta ilk təyinat oldu (FOTO)
Köməkçi deputatın onu döydürmədiyini deyir
Nazir onlara yüksək vəzifə verdi - SİYAHI
Daha bir gömrükçü qandallanıb - Qaçaqmalçılğa görə
Şəhid Azad Cəlilov dəfn edilib
Şəhid Mahir Quliyev dəfn edilib