"Karvan-Yevlax" "Şamaxı"ya uduzub - Yevlax komandasının yeni məşqçi ilə daha bir sınağı uğursuz oldu (VİDEO) - Yenilənib

img

07-12-2025 [15:48]


Azərbaycan Premyer liqasının 14-cü turunun ikinci oyunu bu gün Yevlaxda keçirilib.

Mia.az xəbər verir ki, rayonun "Karvan-Yevlax" klubu "Şamaxı"nı qəbul edib.

Xatırladaq ki, rayon klubu qonaq "Şamaxı"ya qarşı indiyədək bir oyun keçirib və böyükhesablı məğlubiyyətə uğrayıb. Hazırda meydan sahibləri turnir cədvəlində 12-ci, "Şamaxı" isə 9-cu yerdə qərarlaşıb. "Karvan-Yevlax"ın bu gün keçmiş məğlubiyyətin əvəzini çıxmaq şansı var.

Onu da qeyd edək ki, "Karvan"ə hazırda Füzuli Məmmədov çalışdırır. O, istefaya göndərilən Azər Həşimovun yerinə təyin edilib. "Şamaxı" da baş məşqçi Ayxan Abbasovla hazırlaşmayıb. Qonaqları oyuna hakim köməkçisi Elnur Çodarov çıxarıb. Sonuncu oyunda Ayxan Abbasovla "Sabah"ın baş məşqçisi Saşa İliç arasında baş verən qalmaqaldan sonra A.Abbasov 1, S.İliç 4 oyunluq qırmızı vərəqə alıb.

Matça gəldikdə isə, Yevlax stadionunda saat 14.00-da başlayan oyunun 58-ci dəqiqədə "Şamaxı"dan Oruc Məmmədov hesabı açıb - 0:1.

71-ci dəqiqədə "Şamaxı" 2-ci qolu da vurub - 0::2

81-ci dəqiqədə "Şamaxı" 3-cü qolu vurub. Bu dəfə qolun müəllifi isə Dioqo Balau olub.

Oyun bu hesabla başa çatıb.

Bu qələbədən sonra "Şamaxı" 17 xalla 7-ci, "Karvan" isə 5 xalla sonuncu yerdə qərarlaşıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA