Kamran Əliyev 23 nəfər vətəndaşın müraciətini araşdırıb

img

24-06-2025 [16:01]


Baş prokuror Kamran Əliyev iyunun 24-də Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Mia.az-a bildirilib ki, qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 15.12.2025

Qəzzada itkilər artıb

15:42 15.12.2025

Burak Yılmaz istefa verdi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA