Bəstəkar keçmiş komitə sədri, baldızı və generaldan şikayət edir - "Məni azadlığa çıxmağa qoymurlar"
10-06-2025 [14:05]
Həbsdə olan bəstəkar Tural Bayraməliyev sensasion açıqlama ilə çıxış edib.
Mia.az xəbərinə görə, o, “yeni sabah”a bildirib ki, onun həbsdən azad olmasına sayılı günlər qalıb. Lakin Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzov onun həbs müddətini uzatdırmağa çalışır.
Bəstəkarın müraciətini olduğu kimi təqdim edirik:

“Artıq sözlərin bitdiyi andır. Bir cinayət işində həm zərər çəkmiş şəxs, həm də təqsirləndirilən müttəhim necə dələduz ola bilər? Bu dünyada anoloqu olmayan haldır. Bakı Apellasiya Məhkəməsinin mülki kollegiyası Şədiyyə Salehlinin əməlinə fakt və sübutlarla dələduz olaraq qiymətləndirsə də, Bakı Apellasiya Məhkəməsinin cinayət kollegiyası üçün mənim əməlimdə heç bir sübut olmadan dələduz kimi qiymətləndirib.
Nəzərinizə çatdırım ki Şədiyyə Salehlinin sürücüsü Ramin, iş ortağı Tehranə, Həsən və bibisi oğlu Abbas və beşinci şəxs olaraq mən - Tural Bayraməliyev polisə şikayət edib. Məhkəmə hakimiyyətinə səslənirəm, bir insanın dəfələrlə dələduzluğa məruz qalması üçün ya anlaqsız olmalıdır, ya da çox peşəkar bir cinayətkar. Hüquq mühafizə orqanlarının hərəkətə keçməsini xahiş edirəm. Sosial ədalət bərpa olunsun!
Göründüyü kimi Bakı Apellasiya Məhkəməsinin qətnəmasi illərdir icra olunmur. Həqiqətdə dövlət məhkəməsinin Şədiyyə Salehlinin haqqında qərarı mənim bəraətimin hürriyyət pasportudur. Lakin məni bu haqq və hüququndan məhrum edənlər bilsinlər ki, qaranlıq məqamlara aydınlığın gəlməsi, ədalət günəşinin haqsızlıq zülmətinə doğması an məsələsidir.
İctimaiyyətə çatdırmaq istəyirəm ki, gerçək dələduzun məhkəmə hökmü ilə sabit olduğu açıq-aydın ortadadır. Buna baxmayaraq məsuliyyətdən boyun qaçıran, aylıq müavinəti 700-800 manat, amma milyonlarla dollar dəyərində mülkiyyət varidatına sahib olan bu insanın belə sərvəti hansı yollarla əldə etdiyi məlum məsələdir.
Qısa məlumat verim ki mənə verilən cəzanın bitməsinə az qala, müxtəlif oyunlarla yenidən bu səhnəyə aktyorlar hazırlayan sabit polkovnikin "krışası" Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzov məni məsuliyyətə cəlb etdirmək istəyir. Bu işin pərdə arxasındakı digər insanlara çatdırmaq istəyirəm ki, heç kim, heç bir vəzifəli şəxs dövlətdən daha güclü ola bilməz. Dövlətimizin himayəsi altında olduğum müddətcə, dövlətimiz sənət adamını, mədəniyyət xadimini qoruyacaq.
Yerdəki qədər icra olunmasa belə, göydəki qədər gəldiyi zaman haqq öz yerini tapacaq, hər kəs öz layiqinə qovuşacaq”.
T. Bayraməliyev açıqlamasının sonunda Prezident İlham Əliyevə müraciət edib:
“Cənab prezidentə müraciət edərək bildirirəm ki, mən ölkəmi, dövlətimi və onun prezidentini sevən mədəniyyət xadimiyəm. İllərdir haqsız yerə həbs olunmuşam. Həbs müddətimin başa çatmasına az qalmış yenidən mənə qarşı oyunlar oynanılır. Prezidentə müraciət edərək məni bu şər qüvvələrindən qorunmağımı xahiş edirəm. Mənim hazırda olduğum cəzaçəkmə müəssisəsindən də heç bir narazılığım yoxdur, müəssisə rəhbərliyinin də məndən. Mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm”.
Xatırladaq ki, Şədiyyə Salehlinin şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi Tural Bayraməliyevin 8 il müddətinə azadlıqdan məhrum edib. Ş. Salehli Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızıdır.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN