Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
13-02-2025 [12:40]
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyənin ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Birol Akgün Türkiyə Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Dövlət başçısı qeyd edib ki, bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.
"Türk dünyasının bizim ailəmiz" olduğunu vurğulayan dövlət başçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırladıb.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub, bu xüsusda ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü və üzvlüyünün qardaş Türkiyə tərəfindən dəstəklənməsi bir daha vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır. Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır. Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib.
Səfir Azərbaycan-Türkiyə münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Azərbaycanın möhtəşəm Qarabağ Qələbəsini xüsusilə qeyd edən Birol Akgün həmin dövrdə də bütün Türkiyə xalqının nəbzinin Azərbaycan xalqı ilə birlikdə döyündüyünü xatırladıb, bu Zəfər münasibətilə dövlət başçısına və xalqa bir daha təbriklərini çatdırıb.
Yalçın Rəfiyev Əlcəzair XİN rəsmisi ilə müzakirə aparıb
Daha bir ölkədə matəmelan olunub - Papaya görə
İsrail ordusu Qəzzaya növbəti dəfə zərbələr endirib - Ölənlər var
“PAŞA Həyat” və “Sea Breeze” arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin bu işçilərinin maaşı artırılıb
"Bu, tibbi müəssisələri bürokratik yük altında saxlayır" - Deputat səhiyyədəki tenderlərə etiraz etdi
Hesablama Palatasının sədri hesabat verdi
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTOLAR
“Sosial xidmət haqqında” qanun dəyişdi - Nələr olacaq?
Deputat: "Hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil"
Sabahın hava proqnozu açıqlanıb
Qayınata kürəkənini öldürdü - Bizlə
Mərkəzi Bankda departament direktor təyinatı olub
Həsənriz kəndinə növbəti köç olub
Leyla Əliyeva Vyetnam Kommunist Partiyasının Baş katibinin xanımı ilə bir arada - FOTOLAR
İzmirdə 13 İŞİD üzvü tutulub
Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti dayandırılıb - VİDEO
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Onlar Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib
DİN-dən kart sahiblərinə növbəti xəbərdarlıq: "Diqqətli olun!"
PUTİN SAVAŞI DAYANDIRIR? - Rusiya lideri Zelenskiyə birbaşa görüş əlini uzatdı, cavab gecikmədi
İstanbulda narkotik satıcılarına qarşı əməliyyat: 801,5 kq metamfetamin ələ keçirilib
Emin Əmrullayev daha 3 nəfərə vəzifə verdi - Onlar kimdir? (FOTO)
Hövsanda sexdə partlayş: xəsarət alanlar var (YENİLƏNİB)
Bələdiyyə sədri bomjlara dozadan artıq narkotik verilməsini istəyir: "Şəhəri təmizləməyin yolu budur"
Gəncədə bir ailənin beş üzvü zəhərlənib - Adlar
Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törətdi - Sürücü sərxoş olub? (FOTOLAR)
BMT rəsmisi: "Qəzzaya 50 gündür yardım buraxılmır"
Kassam Tuqayları İsrail hərbçilərini növbəti dəfə tələyə salıb
Qəzzada yemək yardımı məkanı vurulub - 5 fələstinli həlak olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-da təyyarə havada alovlanıb - 282 sərnişin təxliyə edilib
Çin dünyaya meydan oxudu: "ABŞ-ın yanında olan hər kəs..."
Səftər Rəhimli prorektor təyin olunub
Türkiyədə yenə zəlzələ olub
Trampdan dünyanın maraqla gözlədiyi mesaj: "Rusiya-Ukrayna razılaşması bu həftə baş tuta bilər, İrana gəldikdə isə..."
Ermənilər Bakıda məhkəmədə Petrosyan və Sərkisyanın adlarını çəkdilər - "O zaman Xocalıda faciənin miqyasını bilmirdik..." - FOTOLAR (Yenilənib)
İLHAM ƏLİYEV MÜSAHİBƏ VERDİ - Tam mətn
Səhiyyə Nazirliyində saxta sənəd qalmaqalı - Şöbə müdirləri haqqında yeni qərar verildi
"BEYNƏLXALQ YER GÜNÜ" QEYD EDİLDI - FOTOLAR
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
İsrail Qəzzaya bomba yağdırır - Ölən və yaralananlar var