"Sən öz işçilərinin maaşını təmin edə bilmirsənsə..." - Ekspertlərdən gömrükdə maaş ləngiməsinə şərhlər
31-01-2025 [09:27]
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi (DGK) 3 aydan çoxdur ki, hər hansı bir səbəb göstərmədən əməkdaşlarının əməkhaqlarını ödəmir. DGK sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında deyib ki, maaşların gecikməsinə texniki məsələlər səbəb olur.
Sitat: “Texniki məsələlər həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.
Göründüyü kimi, DGK sədri texniki səbəblərin nə olduğunu açıqlamır. Üstəlik, dolayısı ilə medianı ajiotaj yaratmaqda ittiham edir. Halbuki maaşların 3 aydır verilməməsi, səbəb nə olursa, olsun, ən böyük ajiotajdır. Bu ajiotajın müəllifi isə DGK rəhbərliyidir.
Mia.az-ın məlumatına görə, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Dövlət Gömrük Komitəsi büdcədən maliyyələşməyən qurumdur.
O deyib ki, bu təşkilatın qazancı elə özlərində olur:
“Onlar ölkəyə gələn və çıxan mallardan, xüsusilə daxil olanlardan müəyyən rüsumlar alırlar. Bununla da dövlət büdcəsinin mühüm bir hissəsinin yaranmasında rolları var. Bu mənada onlarda maliyyə sıxıntısının mövcudluğu həqiqətən də anlaşılmazdır. Azərbaycanda büdcənin üç əsas təməl qaynaqlarından biri DGK-dir. İndi bunlarda 3-4 aydır maaşların gecikməsi, qeyri-müəyyənliyin hökm sürməsi həqiqətən də çox ciddi bir vəziyyətdən xəbər verir. Belə görünür ki, Gömrük Komitəsində nələrsə yerində deyil. Hesab edirəm ki, Şahin Bağırov bu cür yerində olmayan və hansısa problemlərin mövcud olmasından yaranan prosesi araşdırıb, onlara bir aydınlıq gətirməlidir. Aydınlıq gətirmək əvəzinə “burada ajiotaj axtarmağa ehtiyac yoxdur” deməməlidir”.
H.Oğuzun fikrincə, məsələ ilə bağlı ajiotaj var və bunu Şahin Bağırov yaradır:
“Maaş gecikə bilər, amma 1-2 gün, maksimum bir həftə. 3 ay maaş gecikər?! Şahin Bağırov məsələyə ciddi yanaşmalıdır. Ağılları əvvəlki vəziyyətlərə gedib. O zaman maaş almasalar da onların əhvalına təsir etmirdi. Çünki həmin dövrdə görünmədən yığılan vəsaitlər var idi. Lakin indi gömrükdə həmin vəziyyət yoxdur axı. Hazırda DGK-da işləyənlər quru maaşa baxırlar. Özləri ilə gömrüyün kasıb işçilərini, maaşla dolanan insanların vəziyyətini eyni tərəziyə qoymasınlar, camaatın pulunu versinlər. Sən öz işçilərinin maaşını təmin edə bilmirsənsə, dövlət büdcəsini necə maliyyələşdirəcəksən, necə onun əsas qaynaqlarından birinə çevriləcəksən?!”
İqtisadçı Natiq Cəfərli deyib ki, işçilərin maaşının aylarla verilməməsi əmək qanunvericiliyinin və işçi hüquqlarının pozulması deməkdir:
“Maaşların gecikmə səbəbi mənim üçün də maraqlıdır. Əvvəl belə bir məsələ dolaşırdı ki, DGK ayrıca qurum olaraq ləğv edilib, hansısa qurumlarla birləşdiriləcək. Əgər maaşların gecikməsi buna görədirsə, əsas səbəb budursa, orada çalışan işçi bunun əziyyətini çəkməməlidir”.
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan... - Onlar Bakıda yenidən hakim qarşısına çıxarıldı
Əkərm İmamoğlu həbsə gedir - İttiham aktı icraata götürüldü
Abdullah Öcalandan tarixi çağırış: "PKK özünü buraxmalı, silahı yerə qoymalıdır" - VİDEO, FOTO
Qvineya-Bisau prezidenti hərbi hissədə - Zakir Həsənovla Vüqar Mustafayev qonağı yeniliklərlə məlumatlandırıblar
Bu rayonlardan Xankəndiyə biletlərin qiyməti açıqlandı
Azərbaycan Kuboku: "Qarabağ" rəqibə fürsət verməyib
ABŞ-da qızılca yayılıb - Son 10 ildə ilk ölüm faktı qeydə alınıb
500 MİN MANATLIQ QALMAQAL - Polis şirkət rəhbərini qandalladı
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Qəzzada ölənlərin sayı 48 365-ə yüksəlib - Son 48 saat içində 17 nəfər də həlak olub
Əfv Məsələləri Komissiyası daha 100-dən çox müraciətə baxıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qvineya-Bisau prezidenti Bakıda İlham Əliyevlə görüşdü, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib
İlham Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılar seçilib
Azərbaycanın ədalət məhkəməsi - Əli Cabbarov yazır
Prezident Ərdoğan Necmettin Erbakandan yazdı: "Milli Görüş Hərəkatının qurucusu..."
Martın 2-dək qar yağacaq - Xəbərdarlıq
SABİQ NAZİRƏ VƏZİFƏ VERİLDİ - Rabitə sektorunda dəyişiklik
Leyla Əliyeva və Arzu Əliyeva RAK İncəsənət Fondunda - FOTOLAR
Ramazan ayının gündəlik duaları və təqvimi - CƏDVƏL
"Siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə..." - PA-nın şöbə müdirindən iddialara cavab gəldi
Xəzər dənizində zəlzələ olub
Şimali Koreya Rusiyaya əlavə hərbi birləşmə göndərib: "Yeni hərbçilər artıq cəbhə xəttinə yerləşdirilib”
Həsən Kürün vəziyyəti açıqlandı: "Süni tənəffüs aparatına qoşulub"
Müğənni Sevinc Səfərova xəstəxanaya yerləşdirilib
Rusiyada "WhatsApp" cəzalandırıldı - 17 milyon cərimə
"Bu, həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur" - Milli Məclisdən bəyanat
Məhkəmə hakimləri üçün “Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda təlim keçirilib - FOTO
Politoloq Zaur Məmmədov müşavir təyin edildi
Sabah hava necə olacaq? - Proqnoz
10 tələbə Azercell-dən təqaüd qazanıb - Şirkət “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini elan edib (FOTOLAR)
Deputatdan heyrət doğuran pensiya açıqlaması: "Arvadını işləməyə qoymayan kişilərin maaşı..."
Türkiyədə daha 8 kriminal lider saxlanılıb - 7 böyük şəhərdə...
MARTIN 2-DƏ BURAXILIŞ İMTAHANI OLACAQ - DİM xəbərdarlıq yaydı
Türkiyədə daha 9 İŞİD üzvü tutulub
BİR QRUP SAHİBKARA CİNAYƏT İŞİ AÇILDI - İmişli və Abşeronda...
Ramazan ayı ilə bağlı fətva verilib
Printer, foto üçün kağız, katric və yaxa mikrofonu, batareya... - Su Agentliyi bunlar üçün heyrət doğuran vəsait ayırdı
"Azərlotereya"da siyasətin qalmaqallı izi... - FOTOLAR