“Fənərbağça”nın sabiq məşqçisi İran klubu ilə anlaşdı

img

21-01-2025 [09:46]


"Fənərbağça"dan ayrıldıqdan sonra işsiz qalan və Səudiyyə Ərəbistanından gələn təklifləri geri çevirən baş məşqçi İsmail Kartal xaricə gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İran klubu ilə anlaşıb.

Bu barədə İran mətbuatı yazıb.

Bildirilib ki, Kartal İranın köklü klublarından olan “Persepolis”lə ilkin razılıq əldə edib: ""Persepolis" rəhbərliyi ilə onun arasında müqavilə yaxın iki-üç gün ərzində imzalanacaq".

Qeyd edək ki, “Persepolis”də əvvəllər türk məşqçi işləyib. Belə ki, Mustafa Dənizli 2006-2007 və 2011-2012 mövsümlərində baş məqşçilik edib.

Rıza Çalımbay isə ötən il "Persepolis"dən gələn təklifi qəbul etməyib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR