Tramp Konqresə basqın edən 1600 nəfəri əfv elədi: "Onlar bunu haqq edir"

img

21-01-2025 [09:34]


ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə ilk iş günündə 6 yanvar 2021-ci ildə onun müdafiəsi üçün Konqresə hücumda edən təxminən 1600 nəfəri əfv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti Donald Tramp fərman imzalayıb.

Məlumata görə, seçki kampaniyası zamanı verdiyi sözə sadiq qalan Tramp vaxtilə müdafiəsinə qalxmış şəxslərin hamısını əfv edib.

Əfvlə bağlı Tramp deyib: "Bu şəxslər o vaxtdan girov olublar, əslində. Ümid edirəm, onlar bu axşamdan etibarən həbsxanadan çıxacaqlar. Onlar bunu haqq edir".

Yeri gəlmişkən, Trampın əfv etdiyi məhbuslar arasında "Proud Boys" qrupunun lideri 22 il həbs cəzası almış Enrike Tarrio da var.

42 yaşlı Tarrio Konqresə hücum, terror aktı, sui-qəsd və digər ittihamlarla 22 il həbs cəzasına məhkum edilmişdi.

Onu da qeyd edək ki, Tramp ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvlüyündən də çıxarıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR