Aqrar Tədqiqatlar Mərkəzi yoxlanacaq - Formal təftiş...

img

21-01-2025 [09:25]


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Mia.az xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 1,7 min manat ödəniləcək(Report).

Xatırladaq ki, nazir Məcnun Məmmədov ötən ilin iyulunda Rəşad Hüseynovu ATM-in rəhbəri təyin edib.

O, bu vəzifədə Firovsi Fikrətzadəni əvəzləyib.

ATM-dəki indiki auditə gəldikdə, bunun formal ənənəvi təftiş olduğu deyilir.

Yeri gəlmişkən, ATM-də bəzi təyinatlarda ciddi nöqsanlar və maliyyə əməliyyatları ilə bağlı çatışmazlıqlar aşkarlanıb. Bu barədə KTN-nin rəhbəri M.Məmmədova dosye təqdim olunub.

Mövzuya qayıdacağıq. 

Samir MUSAYEV

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR