Biləsuvarda milyonlar hesabına başa gələn beton kanalı bu günə qoyublar - VİDEO

img

21-01-2025 [09:01]


Biləsuvar rayonunun İsmətli kəndindən keçən beton kanalında qanunsuz "körpü" salınıb.

Mia.az xəbər verir ki, bu barədə sosial mediada rayon sakinləri video paylaşıb.

Videodan görünür ki, beton kanala cavabdeh qurum "kustar üsulla" beton kanala boru atıb, daha sonra isə üzərini torpaqla basdırıblar: "Bu isə beton kanalın torpaqla dolmasına, axının isə bərbad vəziyyətə düşməsinə səbəb olub...".

Sakinlər iddia edir ki, kanal 4-5 il əvvəl çox böyük vəsait hesabına çəkilib.

Ümid edirik, Su Ehtiyatları Agentliyinin rəhbri Zaur Mikayılov aşaıdakı videoda yer alan iddiaların araşdırılmasına göstəriş verəcək.

Verəcəkmi?

Mövzu diqqətimizdədir.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR