Donald Tramp ABŞ-ın 47-ci prezidenti oldu: “ABŞ-ın qızıl dövrü başlayır”

img

20-01-2025 [21:10]


ABŞ prezidenti Tramp dörd illik fasilədən sonra Konqresdə keçirilən mərasimdə and içərək bu gün rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2024-cü il noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində demokrat rəqibi Kamala Harrisi məğlub edərək qalib gələn Tramp bu gün Ağ Evə təkrar dönüb.

ABŞ Ali Məhkəməsinin sədri Con Robertsin sədrliyi ilə keçirilən mərasimdə and içən və dua ilə başlayan Tramp ölkənin 47-ci prezidenti kimi tarixə düşüb.

Trampın and içərkən əlini həyat yoldaşı Melani Trampın əlində olan İncilin üzərinə qoymaması diqqət çəkib.

“Mən, Donald Tramp, təntənəli surətdə and içirəm ki, mən ABŞ prezidenti vəzifəsini sədaqətlə icra edəcəyəm. Bacardığım qədər ABŞ Konstitusiyasını müdafiə edəcəyəm”, - Tramp bildirib. 

Tramp andiçmə mərasimindən sonra çıxışında deyib: “ABŞ-ın qızıl dövrü indi başlayır...".

Tramp hökumətin etimad böhranı ilə üz-üzə qaldığını və üzləşdikləri problemlər barədə dürüst olmaları lazım olduğunu bəyan eidb.

Onu da qeyd edək ki, Konqres binasında keçirilən andiçmə mərasiminə Co Bayden, eləcə də keçmiş prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton qatılıb.

Trampın and içməsindən bir qədər əvvəl kürsüyə çıxan J.D.Vens də and içərək rəsmi olaraq ABŞ-ın vitse-prezidenti olub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib