Dərin ehtiramla anırıq... - Vahid Tağıyev yazır
12-12-2024 [00:07]
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin Anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi təkrarsız və nadir şəxsiyyətdir! Gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev fitri istedad, topladığı zəngin təcrübə ilə dünyanın ən mükəmməl, müdrik dövlət xadimlərindən biri kimi yetişmişdir. Bütün həyatını fövqəladə bacarıq, əzmkarlıq və böyük inamla Vətənə xidmətə həsr etmişdir. Onun: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhun fikrini həmişə qürurla dinləyirik.
Bu günkü azad, müstəqil, iqtisadi cəhətdən yüksək inkişaf etmiş, qüdrətli Azərbaycanımız Ümumilli Lider Heydər Əliyevin şah əsəridir.
Azərbaycan xalqı bu dahi şəxsiyyətlə həmişə qürur duyub, fəxr edib. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, habelə böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olduğu zamanlarda, ən ağır, çətin, yaxud sevincli günlərimizdə xalqımız həmişə öz dahi liderinə güvənmiş, onunla nəfəs almışdır.
Ulu Öndər qeyd etmişdir ki, "Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma".
Müasir Azərbaycan tarixinin ən ağır dövrü olan 1990- cı illəri yaxşı xatırlayırıq. Ölkənin parçalanmaq, dövlətin dağılmaq təhlükəsi ilə üz- üzə qalmışdıq. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər ilk növbədə ictimai - siyasi sabitliyə nail oldu, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Vətənimizdə separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu.
Qonşu və digər dövlətlərlə balanslaşmış, uğurlu xarici siyasət apararaq Azərbaycanın mənafe və maraqlarını üstün tutdu. Onların Azərbaycan dövlətinə hörmətlə yanaşmasına nail oldu.
Ulu Öndər "Əsrin müqaviləsi”ni imzalamağa nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Belə ki, ilkin müqavilə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlandı. Bu müqavilə sonrakı illərdə isə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.
Bu, o demək idi ki, Azərbaycan dünya iqtisadiyyatını yönəldən dövlətlərin və şirkətlərin maraq dairəsinə çevrildi. Onların tərəfdaşı oldu. Azərbaycanın milli gəliri artmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Habelə müxtəlif sahələrdə iqtisadiyyatımız şaxələnmiş şəkildə inkişaf etməyə, ölkəmizdə böyük quruculuq və abadlıq işləri aparılmağa başlandı.
Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Bütün bunlar xaricdən və daxildən, ağıla gələn və gəlməyən çətinliklər, manelərlə qarşılaşsa da dahi Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti ilə uğurla davam etdi.
Azərbaycan milli müdafiə sənayesini yenidən qurmağa başladı. Bununla da illər sonra ən müasir milli ordu yaratmaq mümkün oldu. Tarixi, 44 günlük Zəfər Qələbəsinə gedən yol Ulu Öndərin apardığı uzaqgörən siyəsatin nəticəsi idi. Dahi Lider Heydər Əliyevin siyasi və irsi varisi, qəhrəman Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və şərəfli fəaliyyət nəticəsində qalib ordumuz torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan dövləti öz tarixində ən qüdrətli, nüfuzlu inkişaf dövrünü yaşayır.
Böyük Öndər Heydər Əluyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ona görə də Ümummilli liderimiz Heydər Əliyevə böyük məhəbbət və ehtiram milyonlarla insanın qəlbində əbədi yaşayır və yaşayacaqdır!
Hər birimiz dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anırıq! Ruhu şad olsun!
Vahid Tağıyev,
İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini
MİA.AZ
Donald Tramp: "Suriyalılar başlarının çarəsinə baxsın, bizlik deyillər" - "Bizim əsas işimiz Rusiya və..."
"Kassam tuqayları" İsrailin hərbi maşınını vurub - Ölənlər var
FTB direktoru istefa verir
Dərin ehtiramla anırıq... - Vahid Tağıyev yazır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Heydər Əliyevin anım günüdür
”WhatsApp”, "Facebook" və “İnstagram”da problem yaranıb
"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin ortaq layihəsi: Pedaqoji Universitetində "Ulduz"lu görüşlər" keçirilib - FOTOLAR
Avropa Liqası: "Fənərbağça" "Atletik Bilbao"ya uduzub
“Əsədin pələngi” ləqəbli general tutulub
Əli Əsədov Rusiyada işgüzar səfər edib
Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıda - VİDEOLAR, FOTOLAR (YENİLƏNİB)
Keçmiş deputatın şikayətinə "yox" deyildi
Bakıya sulu qar yağacaq
Təranə Səmədovanın adını eşidib verilişi tərk etdi
Qətər Dəməşqdəki səfirliyini bərpa edir - Açıqlama
"Xəzər Dəniz Gəmiçiliyi” sədrinin köməkçisi, Baş həkim Azər Xudiyev, Elektrik Şəbəkəsinin direktoru və... - Vəzifəli şəxslərin maliyyə oyunu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə hansı məhsullar bahalaşıb? - SİYAHI
“Azersun Holdinq”də daha bir əcnəbiyə vəzifə verildi
“Plazalar kralı”nın oğlu cəzalandırılıb - Aydın Dəmirçinin oğlu niyə həbs olunub? (TƏFƏRRÜAT)
Güclü küləklə olacaq - Sarı və narıncı xəbərdarlıq verildi
Nazirliyin qəzeti və jurnalı bağlanır - Nazir qərar verdi
Məşhur Bələdiyyə sədri partiyada qovulub - Səbəb
Zakir İbrahimov və müavinləri “Azergold”dan nə qədər qazanır?
Qəzzada savaş: son 15 gündə 556 fələstinli həyatını itirib
Eldar Sabiroğlunun oğlu haqda həbs qərarı verildi
Suraxanıda qazinin qarajı buldozerlə dağıdılıb - FOTOLAR
Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi
Messi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
İranın dini lideri Əsədin yıxılmasını iki ölkəyə bağladı, Türkiyənin "bostanına daş" atdı: "Biz bu prosesdən güclənərək çıxacağıq"
Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib - Detallar
Avropa İttifaqı Türkiyədən göndərilən məhsulu geri qaytardı: "Zəhərli maddələr var!"
Binəqədidə oğurluq edən 2 nəfər saxlanılıb
ƏƏSMN-də şübhəli əməliyyat: 14 maşına 581 min manat ödəniləcək
İcra başçısının 888 minlik daha iki tenderi qanunsuz sayılıb
Sabah hava necə olacaq? - Proqnoz
Suriyada PKK/YPG "TRT Haber"in əməkdaşlarını PUA ilə vurub - Maşına böyük zərər dəyib
RUS QADIN CASUS KİTAB YAZDI: "Yeganə silahım seks idi, intim bacarığımla Lordlar və Şeyxlərdən elə sirlər aldım ki..." - FOTO
İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin rəhbərlərini qəbul edib - FOTO (Yenilənib)
ƏSƏD İSRAİLƏ GİZLİ OBYEKTLƏRİN XƏRİTƏSİNİ VERİB? - "Buna görə qaçmasına mane olmayıblar"
Türkiyəyə bağlı qruplaşma iki şəhəri YPG-dən təmizlədi - Blinken Ankaraya niyə gəlir?
Elçibəyin qohumu: "Azərbaycan polisi çox ciddi işləyib" - "Hətta rəhmətlik Bəyin maşınına da zərər vurulub"
2025-ci ilin bayram günləri: Novruz, Ramazan və Qurban bayramlarında neçə gün iş olmayacaq? - QƏRAR
Kürdəmirdə heyvan oğrusu tutulub