XİN başçısı Maltada: "Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və..."
05-12-2024 [18:59]
"Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir".
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir: "Biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik. Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur. Azərbaycanın dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirir".
XİN başçısı daha sonra beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamofobiya daxil olmaqla, etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.
C.Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.
C.Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.
Sahil Babayev gəncliyində beləymiş - FOTOLAR
Dələduzluğun yeni növü yayılır - VİDEO
Bu rayonlara qar yağıb - SİYAHI
Donald Tramp Putinlə danışıb - Nələr razılaşdırılıb?
Hacıqabulda zəlzələ olub
MSK Baş Prokurorluğa müraciət edib
Zərdüşt Əlizadə: "Artıq Rusiyanı heç kim xilas edə bilməz" - "Bizim öz daxili problemlərimiz özümüzə bəsdir”
Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
SAHİL BABAYEV KOLLEKTİVİ TOPLADI: ilk kimlər yola salınacaq? - Aparat rəhbəri və mətbuat katibi...
Bakı və rayonlarda qar yağacaq
Vüsal Aslanov blogeri departament rəhbəri təyin etdi
Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb
Azərbaycan nefti ucuzlaşdı
47 yaşlı qadın dəm qazından boğulub
AZAL aviabiletləri 25 % endirdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Adanaspor"da baş məşqçi təyinatı oldu
Aİ rəsmisi Trampın qarşısından geri çəkilməyəcəklərini dedi: "ABŞ-ın tariflərinə sərt cavab veriləcək"
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan, Mnatsakanyan... - Onlar yenidən hakim qarşısında + FOTOLAR
Rəsmi Paris: “Bizim BCM-yə qeyd-şərtsiz dəstəyimiz davam edəcək"
İlham Əliyev yeni parkın açılışında - FOTOLAR
XİN-də kollegiya iclası: nələr müzakirə olunub? - FOTOLAR
Terimin komandası 5 qol atdı, klub prezidenti meydançaya endi - "Mükafat veriləcək"
Əmrə Belözoğlu hədəfini açıqlayb: "Bu, mənim ən böyük arzumdur"
Aşıqlar Birliyindən yayılan xoşagəlməz görüntüyə reaksiya - VİDEO
"Anarın nazir təyinatını gözləyirdim, xəbər alan kimi..." - Atası oğlunun nazir təyinatından danışdı, "Sahil Babayevin başına oyun açırdılar" dedi
AFFA iki gün sonrakı oyunları təxirə salıb
"Fənərbağça" 19 yaşlı mərakeşli futbolçunu heyətinə qatmaq istəyir
Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
Elm və Təhsil Nazirliyində şöbə müdiri təyinatı olub
Avropa Liqası: "Fənərbağça" və "Qalatasaray"ın heyəti yenilənib - Hər iki komanda 3 yeni oyunçu yazıb
"Beşiktaş" cinah oyunçusu alıb - Sabah İstanbula gəlir
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edib - VİDEO
BURAXILIŞ İMTAHANLARININ VAXTI VƏ SİYAHISI AÇIQLANDI - CƏDVƏL
Sənədsiz evlərin işıq problemi - ""Azərişıq" ASC məsuliyyəti necə üzərinə götürə bilər?"
Səfərbərik Xidmətində nə baş verir? - Babatov idarə rəisi, İsbatov isə xidmət rəisinin yeni köməkçisi təyin olunub
PA rəhbəri Sahil Babayevi yeni kollektivə təqdim edib - FOTO
Prezident Samir Şərifovu daha bir vəzifəyə təyin etdi - Sərəncam
PREZİDENT NAZİR TƏYİN ETDİ - ƏƏSMN-in yeni rəhbəri kimdir?
"AzInTelekom” tədbirə 108 min manat xərcləyəcək
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Trampın BCM-yə sanksiya tətbiq etdi, Netanyahu alqışladı: "Bu, İsrail və ABŞ-ın, eləcə də..."
İsrail Livanı yenə bombalayıb