Nazirlikdə korrupsiya: "Şlyapa Zahid"in barəsindəki hökm qüvvədə saxlanılıb
05-12-2024 [12:57]
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev (Şlyapa Zahid) əvvəlki hökmündən verdiyi şikayətə baxılıb.
Mia.az “Report”a istinadla xəbər verir ki, “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmədə İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevin barəsindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z. Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilib.
Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan mərhum edilib.
İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.
Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması aparılır.
Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.
Ruben Vardanyan yenidən hakim qarşısında - O, tərcüməçi və vəkillə təmin olunub (YENILƏNIB)
Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib
“Azərbaycan Dəmir Yolları”nda növbəti dəyişiklik - Daha bir departament müdiri vəzifədən çıxarılıb, yeni təyinat olub (Yenilənib)
Qəzzada daha 17 nəfər ölüb
Bakıda məktəbdə bir şagirdə kütləvi hücum faktı araşdırılır
Ərdoğan Pakistandan mesaj verdi: "Qəzza qəzzalılarındır, əbədi olaraq da belə qalacaq"
SABİQ DEPUTATIN DAYISINA 19 İL CƏZA KƏSİLDİ - Məhkəmə prosesi
Somali - Azərbaycan əməkdaşlığı nə vəd edir? - TƏHLİL
Sahibə Qafarova Somali prezidenti birgə işçi nahar edib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah güclü külək gözlənilir - Xəbərdarlıq
Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi
Model Çelsi Balakişiyeva həbs edilib - Səbəb
PREZİDENT SOCAR-ın MƏSUL ŞƏXSİNİ İDARƏ RƏİSİ TƏYİN EDİB - Sərəncam
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Samir Şərifov daha bir vəzifəyə təyin olundu - Sərəncam
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzalayıb
Putinin tələbə yoldaşı Rusiyanın müdafiəsinə qalxdı: "Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”
Somali Prezidenti komando hərbi hissəsində olub
Elza Seyidcahan aparıcını məhkəməyə verib
"Turan" Agentliyi fəaliyyətini dayandırır - Mehman Əliyev səbəbi maliyyə ilə əlaqələndirib
Ərdoğanın adı Pakistanda ən böyük yollardan birinə veriləcək
Baş nazir: "Pakistan və Türkiyə arasında bənzəri olmayan əlaqə var"
Somali prezidenti Səngəçal neft terminalında olub
Artur Rasizadənin səhhətilə bağlı xəbər yayılıb
Prezident İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib
Azərbaycan prezidenti Belarusun yeni səfirini qəbul edib - FOTO
Sabah yağış və qar yağacaq
Ankarada nəqliyyatda gedişhaqqı qalxdı
Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Müğəni efirdən "Adam məni silahla təhdid edir" dedi, polisdən dərhal reaksiya gəldi - VİDEO
Ağcabədi polisi narkotik satan şəxsi saxlayıb
Ərdoğan Pakistanın baş naziri ilə görüşüb - İslamabadda
ABŞ kəşfiyyatı: "İsrail İranın nüvə obyektlərinə hücum planlayıb, Trampa təzyiq artacaq"
Qadın sonsuzluğu: diaqnostika və müalicəsi sığorta ilə aparılacaq
Azərbaycan Ermənistana qarşı daha bir iş üzrə iddia qaldırıb - XİN detalları açıqladı
Vətəgədən qaçan 27 min qızılbalıq üçün mükafat vəd edilib
Kəlbəcərdə qayadan yıxılan 21 yaşlı oğlan ölüb
Ceyhun Bayramov Almaniyaya gedib
Dövlət Komitəsi bayram tədbirlərinə 2.5 milyon xərcləyəcək, uşaqlara isə 1.5 milyon... - “Ukrayna Ticarət Evi” ilə sövdələşmə var
ABŞ-da hərbi təyyarə körfəzinə düşüb - Pilotlar xilas olunublar
Trampın Ukraynaya dair telefon diplomatiyası: nə gözlənilir?
Azərbaycan neftinin qiyməti bir dollardan çox ucuzlaşdı