Prezident İlham Əliyev Bakıya gələn nümayəndə heyətini qəbul edib - FOTO (Yenilənib)
02-12-2024 [11:57]
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.
Dövlət başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğuladı.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunuldu, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edildi. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlandı, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirildi, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulandı.
Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Ölkələr arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olundu.
Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezident bildirdi ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.
İlham Əliyev Suriya prezidentinə məktub göndərdi: "Bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırıq"
İraqda bir şəhərdə türk dili rəsmi dil oldu - Açıqlama
Dövlət Xidmətində hərrac: “BMW 740” 21 400 manata satılıb
Rektor İradə Xəlilova istefa verib
İrəvan ermənilərin Qarabağa qayıtmasını istəmir, çünki... - TƏHLİL
Şamaxıda 50 yaşlı kişi dəm qazından boğulub
Bakıya ayın sonunda qar yağacaq
Ərdoğandan növbədənkənar seçki tələbinə reakisya: "Bunlar yatıb-durur, seçki deyir...."
Selçuk İnan: "Bu oyundan qələbə ilə ayrılmaq istəyirik"
Rəssam Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - Sərəncam
Azərbaycan Premyer Liqasında növbəti turun təyinatları açqılanıb
Onlar parlamentin ən yaşlı deputatlarıdır - SİYAHI
HƏMAS: "Üç israilli girovu sabah azad edəcəyik"
Kamran Əliyev vətəndaşları qəbul edib - FOTO
Keçmiş səfirimiz İngiltərədə həbs olunub - Qadınlara sataşan Rəfael İbrahimov kimdir? (YENİLƏNİB)
Ürəyindən əməliyyat olunan Baxçalı evə biuraxılıb
GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib - FOTOLAR
“Medera Hospital” MMC, “Abbasoğlu İnşaat”, “Yol Tikintiservis”.. - Bu şirkətlər cəzalandırılıb
PA rəhbəri yeni sədri kollektivə təqdim edib - FOTOLAR
Zelenski: "Rusiya Çernobıl Atom Elektrik Stansiyasına hücum edib"
Daha 18 yaşlı gənclər silah ala bilməyəcək - Yaş həddi qalxır
TRAMP VƏ KOMANDASI NİYƏ U DÖNÜŞÜ EDİR? - Ukrayna məsləsi ilə bağlı əvvəlki sözlər təkzib edilir, Moskvaya yönəlik sərt üslub başlayıb
Məhkəmə Trampın daha bir qərarının icrasını dayandırdı - Vətəndaşlığın qadağan olunması ilə bağlı
BDU Adəm Məmmədovu müəllimlikdən uzaqlaşdırıb?
Sabah hava necə olacaq? - Proqnoz
İsrail ordusu Nablus şəhərinə basqın edib, şiddətli döyüş gedib - 6 saat sonra isə...
Bakıda klinikanın fəaliyyəti dayandırılıb - Nazirlikdən açıqlama
Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib - 7 PKK üzvü zərərsizləşdirilib
Türkiyə Konsulluğunun qarşısında Quran yandıran şəxs döyüldü - FOTO
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
İlkin hərbi qeydiyyatdan yayınanlar cərimələnəcək - Bu qədər
Ağdamda yük maşını minaya düşüb - Üç qurum birgə məlumat yayıb
Bələdiyyələrlə bağlı hesabat qəbul edildi
akart mədəni irsimizi yaşatmaqda davam edir! - FOTOLAR
GENERAL KOMİTƏ SƏDRİNƏ MÜAVİN TƏYİN EDİLDİ
Naxçıvanda əməliyyat: biri qadın olmaqla, 4 nəfər saxlanıldı
Gəncədə saxta məhsullar satan şəxslərə cinayət işi açılıb
Somali prezidentinin Azərbaycana başa çatıb
Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib - FOTOLAR
Şəkər zavodu, dəniz vağzalının kadrları və ya BŞTİ-dəki gərginlik... - Sabiq deputat Emin Əmrullayevin təyinatlarını "topa tutdu"