BİR QRUP VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Milyonluq əməliyyatlarla bağlı (TƏFƏRRÜAT)
29-11-2024 [11:29]
Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq xəbər yayıb.
Bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələrilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov Kamran Əhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
70 KQ QIZILLA SAXLANILAN AZƏRBAYCANLI DİPLOMAT... - DTX iki nəfərin həbsi ilə bağlı məlumat yaydı
Türkiyədə daha bir əməliyyat: terrordaa şübhəli bilinənlər tutulub
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İsrail Qəzza zolağını bombalayıb - Ölən və yaralananlar var
Türkiyə ordusu daha 13 terrorçunu zərərsizləşdirib
Onlara birdəfəlik yardım veriləcək - 6 min manat
Bələdiyyələr qrant alacaq - Yeni qanun qəbul edildi
Sabah hava necə olacaq? - Poqnoz
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - FOTO
Milli Qəhrəmanın adı əbidiləşdirilib - ƏIli Əsədov qərar imzalayıb
Nazir vəzifədən çıxardı, Sahibə Qafarova 6 ay sonra vəzifə verdi - MM-də yeni təyinat (FOTO)
Üç hakim Bakı Hərbi Məhkəməsinə göndərilib
Baydendən Ukraynaya mesaj: "Biz və 50 ölkə sizinləyik" - "Rusiyanın son hücumu şokedicidir"
Lalə Şövkət aktiv siyasətə dönür: "...bir az gözləmək lazımdır”
Azərbaycan nefti cüzi bahalaşıb
Avropa İttifaqından rəsmi Tbilisinin son qərarına reaksiya: "Bu, xalqın əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir"
Suriyada Rusiya, İran və ABŞ qüvvələri sıxışdırılır: HTŞ Hələbə girib, Türkiyənin dəstəklədiyi qrup isə YPG-yə qarşı hücuma başlayır - FOTOLAR
Bakıda 109 yaşlı kimsəsiz qadın evində ölü tapılıb
Bakıda 27 yaşlı oğlan 46 yaşlı ögey anasını öldürüb
Dörd universitetə akkreditasiya verilib - GDU-ya isə...
"Slavia Praqa"nın baş məşqçisi: "Joze Mourinyodan sonra "Roma"nın nə gündə olduğunu bilirsiniz"
Joze Mourinyo qələbədən danışdı: "Oyunçularım çox cəsurdur"
CƏBRAYILA DAHA 200 NƏFƏR KÖÇÜRÜLÜB
Dövlət Sərhəd Xidməti məlumat yayıb
Livan ordusu: "İsrail atəşkəs razılaşmasını bir neçə dəfə pozub"
İsrailli nazir: "Livana yenidən və daha sərt hücuma başlamalıyıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Qalatasaray" səfərdən bir xalla döndü (Yenilənib)
Erotik görüntüləri silinən müğənni: "Qadınlar bir şey edən kimi, deyirlər, əxlaqsızdır" - FOTOLAR
12 vəkil cəzalandırılıb
Millimiz FIFA reytinqində irəliləyib
Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olunub - Nazir müavini tərəfindən
Frenk Lempard baş məşqçi oldu - Bu komandada
Mərkəzi Bankın valyuta ehtiyatı azalıb, qızıl ehtiyatı isə 3 milyarddan çox artıb - Son bir həftədə...
Almaniya ilə Rusiya arasında daha bir gərginlik - Səfir Xarici İşlər Nazirliyinə çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı