İcra başçısı, bacanağı, müavini və 13 hektar zavod ərazisi... - Şirvanda qalmaqal

img

29-11-2024 [11:27]


Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər. 

AzFakt.com-a Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məsələdə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub. 

İLQAR ABBASOV, İcra başçısı

Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan  olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir. 

Xatırladaq ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.

Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik(Poliqon.info)


Digər xəbərlər
SON XƏBƏRLƏR