UEFA Avropa Liqası: "Beşiktaş" İsrail komandasına 3 qolla uduzub (Yenilənib)

img

28-11-2024 [23:44]


UEFA Avropa Liqasının 5-ci tur çərçivəsində "Beşiktaş" bu gün Bakı vaxtilə saat 21.45-də Macarıstanda İsrailin “Makkabi Tel-Əviv” komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunda hesabı israillilər açıb.

23-cü dəqiqədə Kamiçevski İstanbul klubunu məğlub duruma salıb - 0:1

"Beşiktaş" “Makkabi Tel-Əviv”in bu qoluna 38-ci dəqiqədə Rafa Silvanın qolu ilə cavab verib - 1:1.

45+3-də isə "Makkabi" yenidən önə çıxıb. Bu dəfə Perets fərqi artırıb - 1:2.

70-ci dəqiqədə "Beşiktaş" penaltindən bərabərlik qolunu vura bilməyib. İmmobile penaltini vura bilməyib - 1:2

81-ci dəqiqədə isə "Makkabi" daha bir qola imza atıb - 1:3

Oyun bu heabla başa çatıb.

"Beşiktaş" bununla da 6 xalla 18-ci yerdə qalıb. İsrail komandası isə ilk qələbəsini qazanıb.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR