"Qalatasaray" TFF-yə müraciət etdi - Arda Turanın komandası ilə oyun təxirə salınacaq?

img

23-11-2024 [10:26]


"Qalatasaray" klubu Türkiyə Futbol federasiyasına (TFF) müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müraciətdə dekabrın 1-də Arda Turanın baş məşqçisi olduğu "İkas Eyüpspor" matçın təxirə salınması xahiş olunub.

"Qalatasaray" TFFF-dən həmin oyunun bir gün sonraya keçirilməsinə şərait yaratmağı istəyib.

Klub bu xahişini noyabrın 28-də səfərdə AZ Alkmaar ilə qarşılaşması ilə əlaqələndirib. Qeyd edilib ki, səfərdən bir gün sonra dönüb, bu matça hazırlaşmaq çox çətin olduğundan matç ertəsi günə keçiriməlidir.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb