"Mançester Siti" türk oyunçunu istəyir - 45 milyon avroya 

img

15-11-2024 [00:01]


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola türk əsilli futbolçunun transferi üçün klub rəhbərliyinə təklif verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, klub rəhbərliyindən "İnter"də çıxış edən Hakan Çalhanoğlunu transfer etməyi tələb edib.

Məlumata görə, Kevin de Bruyne və Rodrinin zədələnmələrindənsonra yarımmüdafiəçiyə alternativ axtaran Qvardiola Çalhanoğlu üçün 45 milyon avroluq transfer təklifi göndərməyi məqbul sayıb.

İddiaya görə, "İnter" 30 yaşlı futbolçu üçün 45 milyon avro tələbinə müsbət yanaşıb.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm Milan komandasında 12 oyun keçirib və 4 qol vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR