Mauro İkardi əməliyyat olunacaq - O, uzun müddət meydandan uzaq qalacaq

img

08-11-2024 [14:38]


UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində örtən axşam "Tottenhem"lə matçda zədələnən "Qalatasaray"ın futbolçusu Mauro İkardidən "bəd xəbər" var.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bldirilib ki, Mauro İkardi MRT müayinəsindən keçirilib: "Onun sağ dizinin çarpaz bağında yırtıq və menisküs zədəsi aşkarlanıb".

Məlumatda deyilir ki, o, əməliyyat olunacaq.

Bu isə o deməkdir ki, qolçu uzun müddət meydandan uzaq qalacaq.

Onu da qeyd edək ki, sözügedən oyunda "Qalatasaray" 3-2 qalib gılib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR