4 dəfə dalbadal parlamentə düşən deputatın "dahiyanə" dərdi...
08-11-2024 [10:28]
Bir atalar sözündə deyildiyi kimi, “aşığın sözü qurtaranda dalay-dalay deyər”. Azərbaycan parlamentində belə “aşıqlar” hər zaman olub və təəssüf ki, bu gün də var və yəqin ki, hələ uzun illər də olacaq...
Sahib Alıyev adında 4 dəfə dalbadal parlamentə düşən deputat ötən gün Milli Məclisdə “dahiyanə” təkliflə çıxış edib. Nəhayət, dördüncü dəfədən Azərbaycanın “başlılca dərdini”, “problemini” anlamağa müvəffəq olan deputat deyib ki, Azərbaycanda göyərçinləri yemləyənlər, sən demə, böyük qəbahət sahibləridir, az qala bütün bəlalarımız, problemlərimiz də bu “əcaib quşlardan” və onları yemləyənlərdən gəlir. Ona görə də belələri mütləq cərimə olunmalıdır. Sonra aləm dəyib bir-birinə, digər millət vəkilləri bunun əleyhinə çıxıblar, deyiblər ki, bu, göyərçinlərə qarşı (onları yemləyənlərə qarşı yox ha) qeyri-humanist addım olar və sair. Söhbətə hətta parlament sədri də qarışıb və deputata haqq qazandırıb. Deyib ki, göyərçinlər infeksiya daşıyıcısı ola bilər. Yəni, göyərçinlər anti-sanitariya mənbəyidir. Bir sözlə, sözün qurtardığı, dilin ağızda yanıb quruduğu yer...
Əvvəlcə qeyd edək ki, doğrudan da bir çox dünya ölkələrində, xüsusilə də Avropada turistlərin kütləvi axın etdikləri dünya şöhrətli, çoxsaylı qədim abidələri, tarixi binaları olan və eyni zamanda da mərkəzi meydanlarına həddindən çox göyərçin və digər quşlar toplaşan şəhərlərdə göyərçinləri yemləmək qadağandır və buna görə cərimələr nəzərdə tutulub (ancaq əksər hallarda bu qadağa formal xarakter daşıyır). Bu da onunla bağlıdır ki, göyərçinlər çox olduğundan tarixi abidələri, heykəlləri və s. korlayırlar.
Birincisi, Bakı müxtəlif məlum səbəblərdən heç də Roma, Paris, Venesiya və digər şəhərlər qədər kütləvi turist axınına məruz qalmayıb, paytaxtın mərkəzi meydanlarında bir o qədər seyrçi cəlb edən tarixi abidələr və heykəllər yoxdur. Heç göyərçinlər də çox deyil. Bu reallıqlar nəzərə alındıqda göyərçinləri yemləyənlərə cərimə tətbiqi, yumşaq desək, gülməli görünür. Bu məsələnin Milli Məclisə çıxarılması, üstəlik, onun ətrafında polemika aparılması isə gülməli olduğu qədər də ağlamalıdır. Sanki bu ölkənin, onun əhalisini təmsil etməli olan parlamentin başqa işi-gücü, dərdi-səri yoxdur. Sanki onu “seçən” Ağdaş camaatının parlamentdə deyiləcək sözü yoxdur, Sahib Alıyevi isə parlamentə “göyərçin uçurmağa” göndərib...
Əgər bu deputatı anti-sanitariya maraqlandırırsa, elə təmsil etdiyi Ağdaş rayonunda və onun kəndlərindəki vəziyyətə baxsın, problemlərini dilə gətirsin. Azərbaycanın nəinki kəndlərində, bir çox rayon mərkəzlərində belə mərkəzləşdirilmiş kanalizasiya sistemləri ya yoxdur, ya da evlərin çoxu bu sistemlərdən kənardadır. Hərə öz məhləsində bir quyu qazıb. Orta əsrlərdəki kimi. Kəndlərdən isə ümumiyyətlə danışmağa dəymir. Zibil daşınmır, camaat kəndin bir tərəfində quyu qazıb zibili ora atır. Hələ çaylara, arxlara axıdılan çirkab suları, məişət tullantları və s. demirik. Alıyev anti-sanitariya görmək istəyirsə, oralara getsin...
Elə paytaxt Bakının özündə də bir çox ərazilərdə, xüsusilə də kənar qəsəbələrdə zibil, kanalizasiya problemləri xirtdəyə dirənib. Bütün bunlar bir tərəfdə qala-qala, göyərçinlər başlıca anti-sanitariya mənbəyinə çevrildi? Ümumiyyətlə, dərd təkcə zibil, “göyərçinlərdən gələn anti-sanitariya” dərdidir? Alıyev özünü bəlkə də inkişaf etmiş, əhalisi yüksək həyat səviyyəsinə malik, “başqa dərdi-səri olmayan” İngiltərə, Almaniya, Avstriya kimi ölkələrin parlamentlərnin təmsilçisi yerində görə bilər. Amma faktiki olaraq o, xəstə səhiyyəyə, təhsilsiz təhsilə, təminatsız sosial təminata və s. malik bir ölkənin “ya zəlzələdən, ya vəlvələdən” parlamentə düşən vətəndaşıdır. Əsl anti-sanitariya tender adı ilə büdcəni dağıdan nazirliklərdə, komitələrdə, icra hakimyyətlərində, səhiyyədə, gömrükdə, vergidə, hüquq-mühafizə orqanlarında və digər idarəetmə qurumlarındadır. Odur ki, Alıyevin hansı xidmətlərinə görəsə dördüncü dəfə (!) düşdüyü parlamentin müzakirə və həll etməli olduğu qat-qat daha çox ciddi problemlər var...
Bir də ki, bu ölkədə zatən cərimələrin sayı-hesabı yoxdur, cərimə üstünə cərimə gəlir. Onların məbləği isə heç bir adekvat izahat verilmədən günü-gündən artırılır. Vətəndaş vergidən tutmuş yol polisinə qədər hara ayaq bassa cərimə, sanksiya, cəza görür. Görünür, hökumətdə kimsə düşünür ki, cərimə ilə büdcə doldurmaq və ”ağ günə çıxmaq” olar. Alıyev kimi deputatlar da “ələkçinin qıl verəni” kimi yeni cərimə növləri təklif edirlər. Özü də dünya təcrübəsinə istinad etməklə. Amma nədənsə, bu dünya təcrübəsi əhali üçün xeyirli, onun güzəranını yaxşılaşdıran, sosial vəziyyətinə müsbət təsir edən güzəştli kreditlər, mənzillər, sosial müavinətlər, yüksək maaş və pensiyalar, “uşaq pulu” və digər bu kimi məsələlərdə qətiyyən yada düşmür...
Alıyev kimi cərimə və qadağa həvəskarları üçün dünya təcrübəsindən bəzi nümunələr: Sinqapurda saqqız çeynəməyin cəriməsi 1000 ABŞ dollarıdır, ABŞ-nin Pensilvaniya ştatında atları qorxutmağa görə, qonşu ştatda isə küçədə vedrədən pivə içməyə görə(!) cərimə oluna bilərsiz, Tailandda meymunları yemləməyə görə, Şri-Lankada heykəlləri qucaqlamağa görə, İtaliyada brend geyimlərin saxtasını geyinməyə görə, Tailandda elektron siqaret çəkməyə görə və s. böyük məbləğlərdə cərimələr nəzərdə tutulub.
Əla cərimə növləridir, qazanc mənbəyidir – çörəkdi e, çörək! Yığın, gətirin Azərbaycana!
Cəlal Məmmədov
“AzPolitika.info”
Siyəzəndə qadın dəm qazından boğularaq ölüb
Sabah hava necə olacaq? - Proqnoz
DİN sözçüsü: "Diqqətli olun, yalandır, feykdir"
Hövsanda su kəməri partlayıb, baxan yoxdur - VİDEO
Prezident İlham Əliyev generalı təbrik etdi - MƏTN
Mərdəkanda yaşayış evində partlayış olub - Bir nəfər yaralanıb, maşınlar və evə zərər dəyib
Tramp: "Kanada suveren dövlət ola bilməz"
"İlyas İsmayılovun səhhətində hər hansı dəyişiklik yoxdur"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank dələduzlara şərait yaradır? - Hüquqşünas elə iddialar irəli sürdü ki...
Keçmiş jurnalist göldə boğulub
Xəzər dənizində zəlzələ olub
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb - Səbəb açıqlandı
Yaşar Gülər Hikmət Mirzəyevlə bir arada - FOTOLAR
Adamöldürmə, zorlama, dava, fırıldaq.... - İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib?
Ağsuda əməliyyat: 60 və 61 yaşlı narkokuryerlər saxlanılıb
Zaqatalada bədbəxt hadisə: kənd sakini özünü güllələyərək öldürüb
Azərbaycan neftinin qiyməti 80 dollara düşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BEYNƏLXALQ BANKIN BLOKLANAN KARTINDAN PUL OĞURLANIB: bank məsuliyyətdən yayınır! - Ekspert əhaliyə çağırış etdi
Baş nazir: "Gürcüstanda inqilab olmayacaq, biz buna imkan verməyəcəyik" - "Bəzi qruplar hökuməti devirmək istəyir"
Saxlanılan prezidentin həbs müddətinin uzadılması tələbi rədd edilib
Keçmiş "Qalatasaray"lı aktiv futbolla vidalaşdı - 41 yaşında
General Hikmət Mirzəyev Ankarada - FOTO
OLEQ BAKİNSKİ MƏHKƏMƏDƏ: "Xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm" - 5 milyondan çox mülki iddia var
Ali Məhkəmənin Plenumunun iclası keçirilib - Nələr müzakirə olunub?
Əri Hökuməyə verilən 40 min kompensasiyadan imtina edib: “O, məbləği bizə geri qaytardı"
Rudi Qarsiya yığmanın baş məşqçisi təyin olunub
"Turan Bank” cəzalandırılıb
NAZİRLİK VƏ İCRA HAKİMİYYƏTLƏRİ YOXLANILIB - SİYAHI
Qəzzada atəşkəsdən sonra ilk cümə namazı qılınıb
"Bakı Metropoliteni" QSC-də maliyyə nöqsanları aşkarlanıb
Bərpa, Tikinti və İdarəetmə Xidmətində korrupsiya: evlərin qiymətləri şişirdilib - Rəsmi yoxlama olub
Usta sənətçinin məzarı baxımsız və sahibsiz qalıb - FOTO
Qida Təhlükəsizliyi Agentliyində yoxlama: nələr aşkarlandı?
Süni intellektin inkişafı və cəmiyyətə təsiri: tarixi perspektiv... - Sabiq nazir yazır
Hikmət Mirzəyev Türkiyəyə səfər edib - Açıqlama
127 milyonluq depozit, alqı-satqı və... - Dövlət Ehtiyatları Agentliyində yoxlama aparılıb
PR menecerin həbsi: iki məşhur da istintaqa çağırıldı