Avropa Liqası: "Qarabağ" ilk 3 xalını qazandı (Yenilənib)

img

07-11-2024 [23:41]


Bu gün Avropa Liqasının Liqa mərhələsində 4-cü turunda "Qarabağ" səfərdə Norveçin "Bodo Qlimt" komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, bu oyuna qədər qalib gələ və ya heç-heçə edə bilməyən "Qarabağ" rəqibdən xal və ya xallar almaq üçün mübarizə aparacaq. 

Qeyd edək ki, "Bodo Qlimt" bu oyuna qədər  2 qələbə, bir heç-heçə ilə 7 xal toplayaraq 9-cu pillədə "oturub".

Bakı vaxtilə 21.45-də başlayan oyunun 22-ci dəqiqəsində Toral Bayramov hesabı açıb - 0:1.

41-də ev sahibləri heabı bərabərləşdirib - 1-1.

69-da isə Zubir "Qarabağ"ı önə çıxaran qola imza atıb - 1:2

Beləliklə, oyun bu hesabla başa çatıb və "Qarabağ", nəhayət, ilk 3 xalını qazanaraq 29-cu yerə qalxıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR