Türkiyədəki ukraynalı uşaqlar öz ölkələrinə yola salınır

img

06-11-2024 [15:00]


Rusiya-Ukrayna müharibəsi səbəbiylə 2.5 ildir Türkiyəyə sığınan ukraynalı uşaqlar geri göndərilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Olena Zelenskanın birgə layihəsi çərçivəsində 2022-ci ilin mart ayından etibarən Türkiyəyə gəlməyə başlayan Ukraynadakı uşaq evlərində qalan uşaqlar Antalyaya yerləşdirlib.

Məlumata görə, mühüribə qurbanı olan uşaqlar şəhərin müxtəlif bölgələrində mehmanxanalarda qalaraq təhlükəsiz şəraitdə təhsillərini, incəsənət və idman fəaliyyətlərini davam etdiriblər: "Ukrayna Sosial Siyasət Nazirliyinin tələbi ilə uşaqlar və onların himayədar ailələri ölkələrinə göndərilməyə başlanıb".

Xəbərdə deyilir ki, hazırda 181 uşaq və 57 himayədar ailə də daxil olmaqla sonuncu qrup bu ay öz ölkələrinə yola salınacaqlar.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR