PA, Milli Məclis, XİN, KTN və... - Onlar bir neçə maşını hərraca çıxardı (SİYAHI, QİYMƏTLƏR)

img

06-11-2024 [09:57]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır.

Mia.az quruma istinadən xəbər verir ki, hərrac dekabrın 19-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR